sehiyye.info

Azərbaycanda koronavirusa yoluxan həkim sağaldı

Azərbaycanda koronavirusa yoluxan həkim sağaldı
Xəstənin boğazını müayinə edərkən koronavirusa yoluxan lor cərrahı İlqar Əzimov sağalıb.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu barədə anestezioloq-reanimatoloq Şahin Məmmədov məlumat verib.

O, bildirib ki, həddən artıq ağır vəziyyətdə klinikaya aparılan cərrah Azərbaycan həkimləri tərəfindən yenidən həyata qaytarılıb və evə buraxılıb: “Hipoksiyada ağır tənəffüs çatışmazlığı olduğu üçün dərhal süni tənəffüslə SPAP verildi. Lakin spap kömək edə bilmədiyi üçün intubasiya edilərək tam olaraq süni tənəffüsə keçirildi. İlqar həkim 1 həftədən çox süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq pnevmoniya olduğuna görə, hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100% oksigen ve yüksək PEEP verilməsinə baxmayaraq, saturasiya 62-72h % idi. C reaktiv zülal 600 dən yuxarı qalxmışdı.

Real ölüm təhlükəsinə baxmayaraq, həkimlər gecə-gündüz dayanmadan çalışdı. Həkim kolleqanın həyatda qalması üçün bütün klinika səfərbər olundu. Bu, karonavirusla Azərbaycan həkimlərinin şiddətli müharibəsinin bariz nümunəsi idi. Hətta mübarizədə iştrak edən qadın həkimlərin aparılan tədbirlərin effektsiz olduğunu gördükcə ağladığının şahidi olduq. Azərbaycanda ilk həkim ölümü qeydə alına bilərdi deyə, klinika rəhbərliyindən xırda medpersonala qədər hamı bütün gücünü qoydu.

Aparılan tədbirlər öz müsbət effektlərini verməyə başlayanda sevincimizin həddi-hüdudu yox idi. Süni tənəffüsdən ayrıldıqda onun müalicəsində ciddi əməyi olmuş tibb üzrə fəlsəfə doktoru, dosent, reanimatoloq Kəmalə Namazova sevincindən göz yaşları axıtdı. Onların hər birini alqışlayaq! Sizinlə fəxr edirik və qürur duyuruq!”.
Azərbaycanda koronavirusa yoluxan həkim sağaldı



REKLAM