Qalxanvari vəzinizi məhv edən 6 vərdiş – Kişilərə də aiddir
Qalxanvari vəz boğazda yerləşən kiçik kəpənəyəbənzər orqan olub, insanın bütün fiziki, mənəvi proseslərində iştirak edir. İnsanın enerjisi, əhvalı, sağlamlığı bu orqanın işindən asılıdır. Bu zərif vəzi sıradan çıxarmaq çox asandır. Deyirlər, qalxanvari vəz xəstəlikləri daha çox insanın həyat tərzi, davranışı və keçirdiyi hisslərdən başlayır. Hətta zərərsiz bilib, fərqinə varmadığınız gündəlik vərdişləriniz də onu qısa müddətdə sıradan çıxara bilər.
Sehiyye.info medicina.az-a istinadən həm kişilərdə və daha çox da qadınlarda qalxanvari vəzə zərərli vərdişləri, səbəbləri təqdim edir.
- Stresə nəzarət etməmək, müalicə almamaq və stres hormonu - Kortizol hormonu qalxanvari vəzin düşmənidir Müntəzəm, uzun müddət, bitmək bilməyən stress panik atak, yaddaş pozuntusu, yuxu pozulması, əsəb, gərginlik, depressiya gətirir. Stress diabeti də sürətləndirir. Ona görə qalxanvari vəzin sıradan çıxması an məsələsidir və bu hallarda baş verəcək.
- Yağlardan tamam imtina etmək - faydalı doymuş və doymamış yağlar qalxanvari vəz və beyin üçün qidadır. Yağ onlar üçün yanacaq rolunu oynayır. Hansısa dieta və ya zəif qidalanmaya görə yağı unutmaq olmaz.
Yağ dedikdə, gündəlik 20 qr kərə yağı, eləcə menyuda zeytun yağı, qoz, yağlı balıq, avokado, yumurtanın olması nəzərdə tutulur. Bunları yemirsizsə, yağı yalnız yemək qızardanda istifadə edirsizsə, qalxanvari vəzi çoxdan çökmüş olacaq.
- Çoxlu kələm, turp, kələm kimilər yemək - əslində bunlar çox faydalıdır. Amma hər gün və çox miqdarda yemək, xüsusən çiy halda zob əmələ gətirə bilər. Burda problem bu tərəvəzlərdə olan qlükozinolatlardadır, onlar qalxanvari vəz xəstəlikləri yaradır
- Siqaret və ya siqaret çəkənin yanında olmaq - tütün hipertireoz xəstəliyi yaradır. Tüstüdə olan toksinlər yodun mənimsənilməsinə mane olur, bu isə qalxanvari vəz üçün vacibdir. Siqaret çəkmirəm deyib arxayınlaşmayın, evdə, yanınızda kimsə siqaret çəkirsə, siz də passiv çəkən hesab edilirsiz.
- Un və şəkər məmulatları çox yemək - şirniyyat, xəmir, un, düyü, orqanizmdə yod defisiti yaradır. Yod çatışmazlığı isə qalxanvari vəzin "evini yıxır".
- Gec yatmaq və smartfonlar - Bütün gecəni telefonda oynayıb, yatmamaq və telefonun qaranlıqda mavi işığının qalxanvari vəzə çox mənfi təsir etdiyi sübut olunub. Telefonu yataqda tutanda onun döş qəfəsi və boğaza yaxın durmasına da diqqət yetirin, o zaman qalxanvari vəzin niyə məhv olduğunu görəcəksiz.