İsveç alimləri "axtalama" üçün dərmanı uğurla sınaqdan keçirdilər...
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Karolina Universitetinin alimləri pedofiliya üçün dərmanı uğurla sınaqdan keçiriblər.
Dərman, hormondan asılı prostat xərçəngini müalicə etmək üçün istifadə olunan testosteron istehsalına maneə törədən Degarelix asetatdır.
Ekspermentdə əvvəllər cinsi davranış pozğunluğu səbəbiylə könüllü olaraq kömək istəmiş 18-66 yaş arasında olan 52 kişi iştirak edib və təcrübədən sonra onlara pedofil pozğunluğu diaqnozu qoyulduğu qeyd edilir.
Həkimlər xəstələrin özünə hesabatlarını və psixoloji testlərin nəticələrini təhlil edərək təcrübədən keçən kişilərin hər birində uşağa qarşı zorakılıq riskinin olduğunu deyiblər. Beş risk faktoru (pedofil pozğunluq, cinsi istək, özünü idarəetmənin pozulması, aşağı empatiya və riskin özünü qiymətləndirməsi) üç ballıq səviyyədə qiymətləndirilib, bundan sonra kişilər qruplara bölünüb.
Birinci qrupa iki deqarelix asetat iynəsi vurulub, ikinci qrupun iştirakçıları plasebo alıblar.
İki həftə sonra, alimlər uşaqlara qarşı zorakılıq riskini qiymətləndiriblər. Dərman qəbul edən kişilərdə risk azalıb, yetkinlik yaşına çatmayanlar üçün cinsi istək - iki həftə sonra 7,4 baldan 4,4 bala qədər. Plasebo qrupu üçün göstərici müvafiq olaraq 7,8-dən 6,6 bala enmişdir.
Həkimlərin dediyinə görə yeni dərman testosteronu aşağı salmaq üçün digər dərmanlara nisbətən daha tez təsir edir və effekti sınaqdan 10 həftə sonra da davam edir.Moderator