sehiyye.info

TƏBİB sədri qaydaları pozan tibb işçilərindən danışdı

TƏBİB sədri qaydaları pozan tibb işçilərindən danışdı
"Son vaxtlar pandemiya dövrü ilə əlaqəli qəbul edilən qaydalara riayət etməyən tibb müəssisələri barədə ciddi tədbirlər görülüb".

Sehiyye.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, həkimlərin böyük əksəriyyəti bu işdə canla-başla, fədəkarcasına xidmət göstərir: "Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Onlarla da mübarizə aparırıq. Hətta bir neçə tibb müəssisəsinin rəhbəri barədə dövlət başçısına məruzə olunub və vəzifədən azad edilənlər, inzibati tənbeh tədbirləri alanlar da var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq. Fədakarcasına iş görülən yerlərdə də təltiflər olacaq".

TƏBİB sədri bildirib ki, bəzi tibb işçilərinə nöqsanlarının aradan qaldırılması üçün şans veriləcək: "Həmin şansdan yararlananlar öz fəaliyyətlərini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr, onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar, bacarıqlıları önə çəkəcəyik".Report



REKLAM