sehiyye.info

Homoseksuallığı xəstəlik adlandıran həkim işdən uzaqlaşdırıldı - FOTO

Homoseksuallığı xəstəlik adlandıran həkim işdən uzaqlaşdırıldı - FOTO
Almaniyada yaşayan ürək-damar cərrahı Metin Çakırın sosial media hesabında homoseksuallığı “xəstəlik” olaraq qeyd etməsi onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, M.Çakır Almaniyanın Karlsrue şəhərində “Helius” klinikasında işləyib.

O, sosial media hesabında “Bir həkim kimi homoseksuallığın, transseksuallığın xəstəlik olduğunu bildirmək istərdim”, - deyə paylaşım edib.

Sözügedən paylaşımdan sonra ciddi reaksiyalarla qarşı-qarşıya qalan Çakır paylaşımını silib və hesabını dondurub. Bundan sonra onu klinikadan çıxarıblar.

Klinikanın rəhbərliyi xəbəri təsdiqləyib:

“Onu müvəqqəti olaraq işdən çıxmaq qərarına gəldik. Vəziyyəti araşdırıb, qiymətləndirmə aparacağıq. O, 20 ildir bizim xəstəxanada işləyir”.



REKLAM