sehiyye.info

Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...

Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...
Artıq çəkidən qurtulmaq istəyənlər üçün pəhrizdən çox gündəlik həyat tərzinə çevrilən “Karatay qidalanma üsulu” ilə Ramazan ayı boyunca da ideal çəki və bədən formasını saxlamaq mümkündür.

Sehiyye.info xəbər verir ki, toxluq hissi ilə birlikdə piylərin sağlam şəkildə əriməsini təmin edən bu üsul həm doyurucu, həm də bəsləyici qidaları özündə ehtiva edir.

Daxili xəstəliklər üzrə mütəxəssis və professor Canan Karatay tərəfindən hazırlanan bu proqram çərçivəsində gündə maksimum 3 dəfə qidalanma tövsiyə olunur. İdeal nahar sayı isə 2-dir. Yemək saatları arasında 4,5-5 saat zaman tələb olunan proqramda rafinə edilmiş qidalardan uzaq durmaq və mövsümündə yetişmiş bitkilərlə, heyvan mənşəli məhsullarla qidalanmaq üstünlük təşkil edir.



Ümumi tövsiyələr:

Axşam yeməyində buğlama, soba və ya yağsız qızartma üsullarından istifadə edilməlidir. Bu menyuda çörək, düyü, makaron və kartof kimi qidalara yer verilməməlidir.

Naharlar arasında ayran, şəkərsiz çay və şəkərsiz qəhvə içmək variantları mövcuddur. Yemək yeyərkən içkidən istifadə tövsiyə olunmur.

Gün ərzində 1 dəfə meyvə yeyilməsi nəzərdə tutulur.

Səhər yeməyi bütün zamanlardan daha çox önəmlidir. Səhər yüksək miqdarda protein və kalorisi zəngin qidalar yeyilməlidir.



Karatay pəhrizi ilə neçə kilo çəki itirilir?

Sınayan bir çox insanın təcrübəsinə əsasən, bu üsulla 2 həftədə 5, 4 həftədə 12 kiloqrama qədər çəki itirmək mümkündür. Həm də geri qayıtmaması şərtilə.

Karatay pəhrizində qadağan olunan qidalar:

*Taxıl məhsulları

*Şəkərli içkilər

*Paketlənmiş məhsullar

*Süni dadvericilər

*Düyü və kartof

*Qovrulmuş çərəzlər

*Kolbasa, sosiska kimi hazır ət məhsulları



Sərbəst miqdarda qəbul edilə biləcək qidalar:

Qoz, heyva, səbzə, badam, çiyələk, alma, zeytun yağı, fındıq, albalı, bulqur, fındıq yağı, kərə yağı, qazlı su, şaftalı, qatıq.

1 həftəlik sağlam qidalanma menyusu

Səhər:

1 ədəd qaynadılmış yumurta və ya 2 ədədli omlet

1-2 dilim pendir

8-10 ədəd zeytun (üzərinə zeytun yağı)

1 fincan qoz və ya fındıq

Günorta:

Aclıq hiss etmirsinizsə, 1 porsiya meyvə, 1 ovuc fıstıq, qoz, badam (qabığı ilə birlikdə yeyilən lifli meyvələr tövsiyə olunur)

Axşam:

Yağsız qızardılmış balıq və ya qırmızı ət

Zeytun yağlı mövsüm salatı

1 kasa qatıq

İncə məqamlar:

Hər gün 2-3 litr su içmək

Axşam 8-dən sonra qida qəbulunu dayandırmaq

Yeməkləri az odda yavaş bişirmək

Qazlı və alkoqollu içkilərdən uzaq durmaq

Hər gün 40-60 dəqiqə yürüş.Publika.az



REKLAM