COVID -19 üçün öldürücü temperatur müəyyən edildi
Fransanın Provans Universitetinin alimləri koronavirusun 92 °С temperatur altında 15 dəqiqə ərzində öldüyünü müəyyən ediblər.
Bu barədə “bioRxiv” resursu tərəfindən paylaşılan məlumatda deyilir.
Bildirilir ki, bir saat ərzində 60 °С-də qızdırıldıqda belə, koronavirusun bəzi ştamları hələ də çoxala biliblər. Virus yalnız 15 dəqiqə ərzində 92 °С temperatur altında qızdırıldıqda tamamilə ölüb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı iki milyonu keçərək, 2 247 659 nəfər olub.