İsveç dünyaya koronavirus ətrafında baş verənlərin yalan olduğunu sübut etsə nə olacaq
Koronavirusun ortaya çıxdığı ölkələrin əksəriyyəti ölkələrin qapılarını bağlayır, istehsalı dayandırır, insanları evə qoyur, bir sözlə iqtisadiyyatı məhv edir. İsveç dövləti isə,hazırda işləməyə davam edir və normal yaşayır. Hətta barlar və restoranlar da işləməyə davam edir. İsveçdə epidemiya ilə əlaqəli bir neçə məhdudiyyətdən biri, 50 nəfərdən çox adam qruplarında toplaşmağa qadağa qoymasıdır.
Sehiyye.info xaricimətbuata istinadən xəbər verir ki,İsveç hakimiyyətinin bu mövqeyi ölkədə 899 nəfərin koronavirusdan öldüyünə baxmayaraq, anlaşılmazdır. Qeyd edək ki, bu əyalətin əhalisi 10 327 589 nəfərdir .Demək olar ki,Azərbaycanla eynidir.Lakin Azərbaycanda bu günə kimi koronavirusdan 10 nəfər dünyasını dəyişib.Bu əlbəttə ki,hökumətin qabaqlayıcı tədbirlərinin nəticəsidir.Burada fərqi özünüz görürsünüz.
Bağqa bir tərəfdən digər ölkələrlə müqayisədə, yoluxma və ölüm üzrə İsveçdə vəziyyət hələ də nisbətən yaxşıdır.Karantin rejimi tətbiq etməyən ölkələr arasına Belorusu da qeyd etmək olar.
Səbəb nədir? Bəzi ekspertlər dünyada koronavirus ölümlərinin kökündən yanlış sayının olduğunu iddia edirlər.İsveç,Alman və Rusiya ekspertləri qeyd edirlər ki,ölüm səbəbi dəqiq araşdırılmır.Burada əksəriyyət infarkt,İnsult,onkoilogiya və digər səbəblər də var.Statistika düzgün aparılmır.Bu suallara hələ dəqiq cavab verən olmasa da, belə bir sual insanları düşündürür."İsvec və Belorusiya nümunəsi özünü doğrultsa,iqtisadiyyatın çökməsi və insanların hüququnun pozulmasına görə kim məsuliyyət daşıyacaq.