sehiyye.info

Alim koronadan sağalanlardan ibarət ORDU yaratmağı təklif etdi

Alim koronadan sağalanlardan ibarət ORDU yaratmağı təklif etdi
Biofizika doktoru, immunoloq Peretz Partenski koronavirusa qarşı immunitet qazanmış xəstələri pandemiya ilə mübarizəyə cəlb etməyi təklif edib.

Sehiyye.info xəbər verir ki, “Wired” jurnalında yayımlanan son məqaləsində alim koronavirusdan sağalanlardan ibarət ordu toplanmasını təklif edib və onu “Korona Korpusu” adlandırıb.

Həkim qeyd edib ki, immunitet insanın COVID-19-a yoluxmayacağı demək deyil, onun funksiyası bədəni qorumaq və yoluxma riskini azaltmaqdan ibarətdir.

“Odur ki, qorunma səviyyəsi qiymətləndirilməlidir, virusdan sağalan şəxs digər insanlara nisbətən daha az risk qrupundadır”, - deyə biofizik bildirib.

Alim sağalanların bir çox vəzifələri yerinə yetirə biləcəyini vurğulayıb, məsələn, xəstəxanalarda işləyə, həkimlərin övladlarına qayğı göstərə, yaxud sifarişlərin çatdırılması ilə məşğul ola bilərlər.

“Düşünürəm ki, insanın təcrübəsindən çox şey asılıdır. Əgər sağalanlar həkimlərdirsə, yenidən cəsarətlə “cəbhəyə” qayıda bilərlər” .

Biofizik əlavə edib ki, sağalanların belə bir “ordu” sıralarına qoşulma qərarı könüllü olmalıdır. O, təklif etdiyi modelin universal olduğuna və müəyyən ölkələrin qərarlarına asanlıqla uyğunlaşa biləcəyinə əmindir.Publika.az



REKLAM