sehiyye.info

Həkimdən müjdə: Korona bir həftədən sonra..

Həkimdən müjdə: Korona bir həftədən sonra..
Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir.

Sehiyye.info xəbər verir ki, bu fikirlərlə tibb üzrə professor Adil Qeybulla çıxış edib. Professor bildirib ki, bəşəriyyət postpandemiya dövrünə hazır olmalıdır:

“Koronavirus sanki görünməmiş kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə, tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir. Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək”.

A.Qeybulla bildirib ki, əsas məsələ tezliklə ötüb keçəcək pandemiya sınağından yeni dövrə hansı formada çıxmağımızdır:

“Bir millət kimi (mən millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə çıxacağımız maraqlıdır”.Axar.az



REKLAM