Dırnaqlar, saqqal... - Koronavirusla bağlı daha 4 RİSK
Koronavirusa yoluxmaq baxımından əsas risk amilləri vaxtaşırı açıqlanır. Bu riskləri aradan qaldırmaq, minimuma endirmək üçün tövsiyələr verilir. e-tibb.az Türkiyə mediasına istinadən yoluxma ilə bağlı daha 4 amil haqda mütəxəssis rəylərini təqdim edir:
Bunlardan birincisi saqqalla bağlıdır. Saqqal, üzün tüklü olması risk amilidirmi? Koronavirus saqqaldan, tüklü üzdən o zaman yoluxa bilər ki, gigiyena qaydalarına əməl olunmasın. Yox, əgər gigiyena qaydalarına əməl edilirsə, o zaman bu, riks amili olmaqdan çıxır. Xəstə bir insanla təmas zamanı onun ağız-burnundan çıxan damlalar saqqal, tüklər kimi ağız və buruna da daxil olur. Ona görə də 1,5 metrlik məsafə saxlamaq vacibdir. Buna baxmayaraq, saqqal saxlayanlar əlləri kimi saqqalarını da sabunla mütəmadi olaraq yumalıdırlar.
İkincisi, avtobusa minmək risklidirmi?
Bildirilir ki, bu məslədə koronavirusla bağlı əsas risk amili neçə nəfərlə hansı məsafədə təmasda olmaqdır. Say nə qədər çoxdursa, riks də bir o qədər artır. Hətta dezinfeksiya olunan mühitdə belə, bu risk amili var. Dezinfeksiya ona qədər olan virusları öldürür, dezinfeksiyadan sonra ortaya çıxanlara təsiri yoxdur. Ona görə də ictimai nəqliyyatda maska, əlcək geyinmək və s. xüsusi tədbirlər görmək tövsiyə olunur.
Üçüncüsü, koronavirus təhlükəsi ilə bağlı uzun dırnaqlar kəsilməlidirmi?
Ümumiyyətlə, dırnaqlarda tək koronavirus deyil, bir çox mikroblar toplandığına görə, hər zaman qısa saxlanmalıdır. İndiki durumda isə bu gigiyena qaydalarına xüsusilə əməl olunmalı, estetik məsələlər arxa plana keçməlidir. Əllər nə qədər təmiz yuyulsa belə, dırnaq aralarını təmizləmək imkanı o qədər yüksək deyil. Dırnaqlar fırça ilə təmizlənə bilər, amma gündə əllər dəfələrlə yuyulsa da, hər dəfə dırnaqları fırça ilə təmizləmək imkansızdır. Ona görə də dırnaqlar kəsilməlidir.
Dördüncüsü, ev heyvanları necə qorunmalıdır?
Artıq ev heyvanlarında da koronavirus aşkarlanıb. Hərçənd ki, it, pişik, qoyun, inək, toyuqlar, digər ev heyvanları və quşlarla bağlı risk olmadığı bildirilir. Onların da yoluxma və yoluxdurma ehtimalını nəzərə alaraq, evdə saxlanılan iti, pişiyi bayırdan evə gətirən zaman əvvəlcə sabunlu əski ilə ayaqlarını silmək və ya yumaq, bundan sonra isə antiseptik vasitələrlə bütün bədənini silmək tövsiyə edilir...