sehiyye.info

Çin dünyadan gizlətdiyi faktları açdı - Əslində xəstəliyi...

Çin dünyadan gizlətdiyi faktları açdı - Əslində xəstəliyi...
Çin yeni tip koronavirus (Kovid-19) daşıyıcısı olduğu halda, xəstəliyin əlamətlərini biruzə verməyən - “asimptomatik” faktlar aşkarlayıb.

Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, bu durumda olan 1 541 nəfər kliniki müşahidədə saxlanılır.

Virusun səbəb olduğu öskürək, qızdırma, ağciyər iltihabı və tənəffüs çatışmazlığı kimi əlamətləri göstərməyən xəstələrin ilk dəfə rəsmi olaraq açıqlanması Çin hökumətinin xəstəlik rəqəmlərini olduğundan aşağı göstərdiyi iddialarını ortaya atıb.

Qeyd edək ki, Kovid-19 pandemiyasının geniş yayıldığı ölkələr xəstə sayını koronavirusun əlaməti olub-olmadığına görə deyil, pozitiv test nəticələrinə əsasən açıqlayır.

COVID-19 aşkarlanan şəxslər xəstəliyin əlamətlərini göstərməsə də, daşıyıcı olaraq virusu başqalarına yoluxdura bilir və yalnız inkubasiya dövründə əlamətlər aşkara çıxır.

Rəsmi Pekin asimptomatik xəstələrin ölkədə epidemiyanı yenidən yaymasının qarşısını almaq üçün test prosesini genişləndirəcək.

Son məlumata görə, Çində 81 min 554 nəfər bu günədək koronavirusa yoluxub.Publika.az



REKLAM