102 il əvvəl qrip pandemiyasından xilas olan şəxsdən - Şok çağırış
1918-ci ildə 500 milyon insanın yoluxduğu qrip epidemiyasından sağ çıxan Joze Ameal Pena koronavirus pandemiyası ilə əlaqədar bir sıra tövsiyələr verib.
Sehiyye.info xəbər verir ki, hazırda 105 yaşında olan Pena keçmişdən dərs çıxarmağın labüd olduğuun söyləyib.
Onun sözlərinə görə, bütün insanlıq bu virusa qarşı birgə mübarizə aparmalıdır.
İspaniyanın şimalında balıqçı kəndində yaşayan Pena qrip epidemiyası yaşanan vaxt 4 yaşı olduğunu xatırladıb: "Vaxtilə qrip pandemiyası yaşananda yuxudan ayıldım, gördüm gəzə bilmirəm, dizin-dizin sürünməyə başladım. Eyni şeylərin yaşanmasını istəmirəm. 1918-ci ildəki qrip pandemiyası çox can aldı. İnsanlar koronavirus əleyhinə tədbirlərə ciddi şəkildə əməl etməlidir. Diqqətli olun".
Joze Ameal Penanın qızı Anunciata atasının eyni şeylərin təkrar baş verməsindən narahatlıq keçirdiyini bildirib: "Koronavirusun hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilir. Oxşar şeylər yaşamaq onun üçün çox çətindir".Teleqraf.com