Bu tərəvəz koronavirusdan qoruyur - Dietoloq RƏYİ
Mütəxəssislərin koronavirusdan qorunmaq üçün irəli sürdükləri tövsiyələr arasında qırmızı çuğundur turşusu da yer alıb.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, çuğundur turşusunun immun sistemini gücləndirdiyi, antioksidan və mikroorqanizm tərkibli bir qida olduğu və bu səsbəbdən viruslara qarşı mübarizədə istifadə olunmasının faydalı olacağı açıqlanıb.
Dietoloq Büşra Atmaca bildirib ki, koronavirusa qarşı immunitetimizi gücləndirmək üçün probiyotiklərlə zəngin qidalara üstünlük verilməlidir: “Qırmızı çuğundur yüksək antioksidan xüsusiyyətlərə malik bir qidadır. Dəmir və A vitamini ilə zəngindir”.