Nazirlər Kabineti: Xəstə əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılır
Alış-veriş mərkəzlərində xəstə olan əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılır.
Sehiyye.info"Report"a istinadən xəbər verir ki, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.
Belə ki, Nazirlər Kabineti xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması barədə göstəriş verib.
Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək.