sehiyye.info

Qaxda gənc qız burun əməliyyatından sağ çıxmadı.

Qaxda gənc qız burun əməliyyatından sağ çıxmadı.

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
Sehiyye.info xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasına müraciət edib.

Xəstəxanın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib.

Tibbi müdaxilələrə baxmayaraq xəstə dünyasını dəyişib.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.




REKLAM