sehiyye.info

Ukraynada qripdən ölənlərin sayı 18 nəfərə çatıb

Ukraynada qripdən ölənlərin sayı 18 nəfərə çatıb
Ukraynanın Zaporojye vilayətində 3 nəfər qrip və kəskin respirator virus infeksiyasından ölüb. Bu barədə AZƏRTAC-a Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A (H1N1) virusuna yoluxanlardan ikisi 68 və 69 yaşlı təqaüdçü qadın, digər biri isə 15 yaşlı yeniyetmə olub. Hər üçü ağır halda xəstəxanaya müraciət edib. Həkimlərin səylərinə baxmayaraq xəstələrin həyatını xilas etmək mümkün olmayıb. Onların qripə qarşı vaksin olunmadığı müəyyənləşib.

Bununla ilin əvvəlindən Ukraynada qripdən ölənlərin ümumi sayı 18 nəfərə çatıb. Qripə yoluxanların 70 faizindən çoxu uşaqdır. Ona görə də yanvarın sonlarından başlayaraq Ukraynanın əksər orta məktəblərində karantin elan edilib.



REKLAM