“Bu virus Azərbaycana çatmadan” - Ekspertdən xəbərdarlıq
“Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə vətəndaşları təlimatandırmaqla, Dövlət Sərhəd Xidməti isə gömrük orqanları ilə birlikdə Azərbaycana Çindən gələnləri xüsusi tibbi yoxlamalardan keçirməyə çağırıram”.
Sehiyye.info xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Rəsmi məlumatlara istinad edən ekspert qeyd edib ki, son 10 gündə ərzində Azərbaycanda 2 nəfər soyuqdəymədən dünyasını dəyişib:
“Yanvarın 11-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. 12 yanvar 2020 tarixində səhhtinin ağırlaşma səbəbindən vlideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib. 20 yanvarda Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. Xəstə X.İsayevanın səhhətində yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.
Bu arada Çindən də qorxulu xəbərlər gəlir. Bu ölkədə fasiləsiz olaraq mənşəyi bilinməyin ağciyər iltihabı hallarının aşkar olunması səbəbilə onlarla insan dünyasını dəyişib. ABŞ Sərhəd müfizəsi və gömrük federal xidməti artıq hava limanlarında karantin sistemi yaradıb, Çindən səfər edənləri xüsusi yoxlamadan sonra ölkəyə buraxır”.
Qubad İbadoğlu qeyd edib ki, artıq Azərbaycanda qeydiyyatda olan 2 ölüm hadisəsi var:
“Hesab edirəm ki, Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə vətəndaşları təlimatandırmaqla, Dövlət Sərhəd Xidməti isə gömrük orqanları ilə birlikdə Azərbaycana Çindən gələnləri xüsusi tibbi yoxlamalardan keçəndən sonra ölkəyə buraxmaqla əlaqədar təxirəsalınmaz işlər görməlidir. Sonra gec ola bilər, bu təhlükəli virusdan artıq qonşu Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır.
Azərbaycana gəlincə, məktəblərdə aşağı sinif şagirdlərin əksəriyyəti xəstə olduğundan dərsə gedə bilmir, onların əksəriyyəti də evdə müalicə olunur”.Teleqraf.com