sehiyye.info

Bu qadınların daha çox uşağı olur – Tanınmış həkim SİRLƏRİ AÇDI

Bu qadınların daha çox uşağı olur – Tanınmış həkim SİRLƏRİ AÇDI
Mütəxəssislər tək böyrəklə yaşamağın fəsadlara gətirib çıxarmayacağını bildirir.

Sehiyye,info xəbər verir ki, "Türk Böyrək Vəqfi"nin qəyyumlar heyətinin üzvü ekspert Bilal Görçin bir böyrəklə yaşayan şəxslərin diqqət yetirmələri vacib olan nüansları açıqlayıb.

Həkim ən əhəmiyyətli problemin təzyiq yüksəlməsi olduğunu deyib. Bu baxımdan bir böyrəyə sahib olanların həddindən artıq duzlu qidalardan uzaq durmalarını və təzyiqlərini mütəmadi nəzarətdə saxlamalı olduqlarını bildirib.

Mütəxəssis yüksək qan təzyiqinin başlanğıcının daha çox 40-50 yaşlarda olduğunu qeyd edib. Lakin erkən başlanan hipertoniya böyrəyin vəziyyəti ilə bağlı da meydana çıxa bilər. Buna görə də 40 yaşdan aşağı hipertoniya diaqnozu qoyulmuş şəxslərdə böyrəklərin mütəmadi müayinəsi vacibdir.

Bundan əlavə, tək böyrəyə sahib qadınların daha rahat doğum etdiyi ifadə edilir. Onlar hətta 5 uşaq dünyaya gətirə bilir.

B.Görçin bir böyrəyə sahib şəxslərin su istehlakına diqqət yetirmələrini də vacib hesab edir. Onların aktiv həyat tərzi və həddindən artıq ağır olmayan idmanla məşğul olmaları da səhhətlərində problem yaratmayacaq.Publika.az



REKLAM