sehiyye.info

Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - Siyahı

Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - Siyahı
Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.

Sehiyye.info bildirir ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.

Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub.Axar.az



REKLAM