sehiyye.info

İlin həkim-psixoterapevti seçildi.

İlin həkim-psixoterapevti seçildi.

Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim psixoterapevt Həlimə Qəmərlinskaya "İlin həkimi"adına layiq görülüb.Bildirmək istəyirik ki, ixtisasca həkim-psixiatr olan Həlimə Qəmərlinskaya,psixologiya sahəsində biliklərin çox fəal təbliğatçısı kimi müxtəlif klinikalarda çalışaraq pasientləri qəbul edir və müxtəlif psixi gərginliyin aradan qaldırılması,eləcə də stressdən əziyyət çəkənlərin müalicə olunması,depressiyadan çıxma və psixoloji məsləhətlər verilməsi sahəsində aparıcı mütəxəssislərdəndir.Yüzlərlə insana psixoloji yardım edərək,onları normal həyata qaytarmağı bacaran və bu sahədə unikal metodlara malik olan həkimlərdəndir.
Həkim haqqında :
1999-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən Həlimə Qəmərlinskaya psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim-psixiatr qismində dövlət və özəl klinikalarda məsləhətçi kimi 18 illik iş təcrübəsinə malikdir. 12 il 2 saylı Klinik Psixiatrik Xəstəxanasında çalışıb, sonrakı illərdə isə, praktikasını müxtəlif özəl xəstəxanalarda davam etdirib. Hazırda "SOS", "İstanbul" klinikasında xəstələrin qəbulunu davam etdirir. 4 il (2008-2011) Azərbaycan Güləş Federasiyasının idman-psixoloqu vəzifəsində çalışıb. AGF-i tərk edəndən sonra da indiyədək idmançılarla fərdi olaraq, psixoloq kimi dəstək verməkdə davam edir. 2012-2017-ci illərdə FİNCA, AZERFON şirkətlərində təlim və heyətin inkişafı proseslərinə rəhbərlik etmiş H.Qəmərlinskaya hazırda Azərbaycanda stress idarəetməsi (stress management) üzrə aparıcı ekspertdir, bu sahədə müxtəlif məqalələrin müəllifidir. 100-dən artıq şirkət üçün növbəti mövzularda təlimlər keçirmişdir: “Çevik Zəka”, Liderlik bacarıqları; Qərar qəbul etmə; Stress idarəetməsi; Özünü müsbət motivasiya etdirmə; Ünsiyyət bacarıqları; Komandada iş bacarıqları; Heyəti motivasiya etmək üçün bədən dili; Yalanların aşkarlanması; İş-həyat tarazlığı; Zaman idarəetməsi; Emosional zəka; Zəruri bacarıqlar; Korporativ mədəniyyət; “Müştərilərə sevgi” və s. Sertifikatlaşmış kouçdur (məsləhətçi). İndividual coaching (fərdi məsləhət) üzrə sessiyalar keçirir. Bacarıqlarını davamlı olaraq inkişaf edir, misal üçün, Harvard Manage Mentor proqramı üzrə 20-yə yaxın sertifikat sahibidir, 2017-ci ildən Sorbonn Universitetinin tərəfdaşı olaraq, “İdarəçilik bacarığı” təliminin beynalxalq təlimçisi olaraq xaricdə və Azərbaycanda keçirilən layihələrdə iştirak edib və s. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
Səhiyyə və biznes mühitlərində qazanılmış 18 illik dəyərli təcrübə hesabına özəl və dövlət təşkilati inkişafı sahəsində effektiv və dayanıqlı dəstək göstərməyi bacaran ekspertdir.

ƏLAQƏ TELEFONU:

+994 77 621 14 00

VEBSAY T:http://www.doctorhalima.com

www.doctorhalima.com

E-POÇT

Halima.gamarlinskaya@gmail.com
İlin həkim-psixoterapevti seçildi.



REKLAM