sehiyye.info

Boynun qaralması hansı xəstəliyin simptomlarıdır?

Boynun qaralması hansı xəstəliyin simptomlarıdır?
Müxtəlif yaş qrupundan olan insanların bəzən qasıq, qarın və ya boyun nahiyəsində tünd ləkələr meydana çıxır. Bu dəri xəstəliyi "qara akantoz" adlanır, bir qədər kiri xatırladır və kiçik ziyillərlə müşayiət olunur.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, endokrinoloq Eduard Quintanillanın sözlərinə görə, "akantoz" ümumiyyətlə bədənin qatlanmış və elastik hissələrində (boyun, qasıq, qoltuqaltı) və həddindən artıq ekstremal hallarda - ağız kənarı, dodaqlar, ovuclar, ayaqların altı və digər yerlərdə meydana gələ bilər.

Son illərdə "qara akantoz" daha çox yayılıb: bu sindrom əsasən estetik narahatlığa səbəb olsa da, yaranması daxili problemlərlə izah olunur. Bu isə piylənmə, qan dövranının pozulması, ekstremal vəziyyətlərdə, hətta ürək və beyinə gedən damarların tıxanmasına və yırtılmasına səbəb ola bilər.



"Akantoz" diabet əlaməti ola bilər.

Endokrinoloqun sözlərinə görə, "akantoz" insulin müqavimətindən qaynaqlanır və bu, yaxınlaşan diabetin ilk əlamətidir. Vaxtında diaqnoz qoymaqla dəhşətli xəstəliyin qarşısını almaq olar.

"Bu simptomlar meydana gəldikdə, xəstə şəkərli içkilərdən, hətta tərkibində çox az lif olan təbii şirələrdən imtina edərək həyat tərzini dəyişdirməlidir, meyvə yemək daha yaxşıdır", - deyə mütəxəssis bildirib.

"Akantoz"un sağlam insanlarda yaranmasının mümkün səbəbləri arasında aşağıdakılar göstərilir:

- Daun sindromu da daxil olmaqla, anadangəlmə xəstəliklər;

- mədə, qaraciyər, böyrək, limfoma xərçəngi;

- bəzi dərmanlar, o cümlədən hormonlar (boy uzadan vasitələr, kontraseptivlər).Publika.az



REKLAM