Bu qidalar insanı ölümə aparır - QORXUNC FƏSADLAR
Bəzi qidalar damarlarımızın tıxanmasına səbəb ola bilər. Bu isə qan dövranını zəiflədir. Beləliklə ürək xəstəliklərinin inkişafı sürətlənir. Ürək-damar sağlamlığını qorumaq üçün qidalanmaya daha ciddi diqqət etmək lazımdır.
Sehiyye.info oxucuları damar tıxanmasına səbəb olan qidaların siyahısı ilə tanış edir.
Ət
Ət doymuş yağla zəngin və yüksək xolesterinlidir. Bu səbəbdən həftədə 2 dəfədən çox yağlı qırmızı ət yemək damarlarınızın tıxanmasına gətirib çıxara bilər.
Yumurta
Yumurtanın sarısında damarları bağlayan bol lipoproteinlər var. Bir yumurtaya 5 qram yağ, 186 mq xolesterin (tövsiyə olunan miqdarın yarısından çoxu) daxildir.
Toyuq dərisi
Toyuq və ya hinduşka dərisi damarların divarlarında yağ yığılmasına kömək edir. Toyuq qanadları ümumiyyətlə soyulmadan qızardılır. Zərərsiz görünsə də, dəridə kalori və lipoproteinin miqdarı çoxdur. Yalnız bir qızardılmış toyuq qanadında 10 qram yağ və 160 kalori var.
Trans yağ
Hər gün yediyimiz qidaların əksəriyyətində trans yağlar və ya qismən hidrogenləşdirilmiş yağ turşuları var. Bunlar damar tıxanmasının əsas səbəbləridir. Ümumiyyətlə, rafinə edilmiş qidalarda, marqarində, sobada bişmiş və dondurulmuş qidalarda trans yağ olur.Publika.az