sehiyye.info

Sağlam körpə həyata gətirmək istəyirsizsə...

Sağlam körpə həyata gətirmək istəyirsizsə...

Son zamanlar Respublikamızda xəstə uşaqların anadan olması faktı xeyli azalmışdır.Bu,müasir təbabətin inkişafı,müxtəlif tibbi avadanlıqların və müxtəlif prosedurlarla həyata keçiriliən müayinələr sayəsində mümkün olmuşdur.Hamilə qadınların mütəmadi olaraq həkim nəzarətində olması və onların hamiləlik dövründə müxtəlif prosedurlarla müayinə olunması bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir. Ana bətnində olan uşaqların yoxlanılması vasitələrindən biri də,məhz Amniyosentezdir.
Sehiyye.info ATU-nin II Mamalıq ginekologiya kafedrasının asisstenti,tibb üzrə fəlsəfə doktoru Nüşübə Əlişovanın bu barədə fikirlərini sizə çatdırır.
Amniyosentez nədir?
Amniyosentez, ananın qarnından ince ve uzun bir iğnə köməkliyi ilə amniyon mayenin USM nəzarəti altinda alınması prosedurudur.

Amniosentez nə vaxt və kimlərə icra edilir.
Sağlam körpə həyata gətirmək istəyirsizsə...
Amniyosentez proseduru hamiləliyin 16-22 həftələrində risk qrupuna daxil olan hamilələrə aparılır. . Bu proseduru ixtisaslaşmış həkim ginekoloqlar tərəfindən aparılır.
• USM, ikili, üclü və dördlü testlərin nəticəsi sübhəli olduqda,
• ailədə xromosom patalogiyalarının olması ( Daun sendromu və.s),
• ananın yaşı 35 cox olması,
• əvvəlki hamiləliklərdə və uşaqlarda anomalilərin olması
• Rubella, CMV və ya herpes kimi intrauterin (hamiləlik sırasında ortaya çıxan) infenksiyonlarin təyini (Amniyosentez mayesindən PCR vasitəsi ilə aktif virusun təyini)
• Onurğa defektlerinde(spina bifida və ya NTD);
• Alfa fetoprotein (AFP) ya da asetil xolin esteraz enzimin səviyəsi ücün.
• Hemofiliya kimi cinsiyətə bağlı kecici xəstəlıklərın təyini ücün.
• Eritroblastosis featalis kimi qan xəstəliklərində
• Cystunria kimi bir necə enzim catmamazlıqlarda
• Dölə bəzi toksiki effekri olan medikamentlərin gəbulu zamanı (samatik xəstəliklərlə əlagəli)
• Hamiləliyin ilk ücaylığında "Colchicine" adlı dəemanın gəbulu zamanı (colchine, əsasən FMF- Familial akdeniz hərarətində istifadə olunur).
• Qan qrupu uygunsuzluğu zamanı


Sağlam körpə həyata gətirmək istəyirsizsə...
Amniosentezin riskləri nələrdir?

1.Düşük riski ( ixtisaslaşmış həkim tərəfindən aparıldığında risk 1% dən az olur)
2.Amnion sızıntısı və buna bağlı maye itkisi( 1-2 gün davam edə bilər), qanama, cox nadir görsənən infeksiyalaşma
3.Müxtəlif ortopedik deformasiyalar (nadır görünən ağırlaşma).
4.Rh həssaslığı: Rh (-) annada dölün Rh (+) isə annada dölün hüceyrelerine qarşı həssaslıq yaranır. Bununla əlagəli növbəti hamiləliklərdə anaya Rh-izoimmunuzasiya aparılmalıdı. 72 saat içində qan uyuşmazlığı iğnəsi (Anti D İmmunglobulin) vurulmalıdı.


Alınan amnion mayedə dölə aid hüceyrələr olur. Bu hüceyrələr: dölün idrar kanallarından tökülən hüceyrələr, ağız, udlaq, yemək borusu ve mədə suyu ilə gəlen hüceyrələr ile dəri hüceyrələrindən ibarətdi.
Amniyosentez prosedurasından sonra əldə olunan hüceyrələr xüsusi bir kültür ortamında 18-20 gün içində saxlanılaraq yetişdirilir . Yetişdirilən hüceyrələr xüsusi mühitdə yığılaraq xromosomlar bölünərəq ve mikroskop altında baxılaraq analiz edilir. Bu şekilde dölə aid xromosomlarda olan problemlər rahatlıqla görünür.




Ailədə və ya qohumlarda Daunn sindromu və ya daşıyıciliq varsa Amniyosentez döldə olub olmadığını tam şəkildə bildirir. Çünkü Daun sindromu olan bir döl ultrason altında tamamən normal görülə bilməktədir.
Amniosentezi etdirib etdirməməyi oyrənmək ücün həkiminizə məsləhət etmək vacibdir. Vaxtında həkiminizin nəzarətindən kecməklə, edilən skrininglər gələcəkdə hamilə qadınlarımızı gözlənilən patologiyalardan qoruyur.
Nüşabə Əlişova
ATU,Mama-ginekoloq
Tel: 055 490 01 03



REKLAM