Yarımbeyinli insanların sirri açıldı
Müxtəlif sistemlər arasında əlaqələrin artması yarımkürənin itirilməsini kompensasiya edərək koqnitiv funksiyaları dəstəkləyir
Kaliforniyanın Texnologiya İnstitutunun neyrobioloqları hemisferektomiya (yarımkürələrdən birinin kəsilib çıxarılması) prosedurundan keçmiş insanların necə normal həyat tərzi sürməyə nail olduqlarını araşdırıblar.
Sehiyye.info bildirir ki, elmi işin nəticələri barədə Science Alert nəşrində yazılıb.
Tədqiqatda dərmanla müalicə olunmayan epilepsiyadan əziyyət çəkdiyinə görə beyin yarımkürələrindən biri kəsilib çıxarılmış 6 pasiyent iştirak edib. Onların beyninin MRT müayinəsinin nəticələrini 6 sağlam adamın, eləcə də "Brain Genomics Superstructure Project" üçün çəkilmiş 1482 beyin şəkli ilə müqayisə olunub. Məlum olub ki, kəsilməyən yarımkürənin fəaliyyəti bütöv beynin işini xatırladır.
Hər altı pasiyentin tək qalmış beyin yarımkürəsində diqqət, sensor və limbik (emosiyalar və yaddaş) aktivliyə cavabdeh olan və idealda hər iki yarımkürədə yerləşən neyron şəbəkələr arasında yüksək rabitənin olduğu aşkarlanıb. Müxtəlif sistemlər arasında əlaqələrin artması yarımkürənin itirilməsini kompensasiya edərək koqnitiv funksiyaları dəstəkləyir.Sputnik.az