sehiyye.info

Arıqlamaq istəyənlərə vacib XƏBƏRDARLIQ: Yeməkdən dərhal sonra...

Arıqlamaq istəyənlərə vacib XƏBƏRDARLIQ: Yeməkdən dərhal sonra...
“Meyvədə olan fruktoza yalnız qaraciyər tərəfindən enerji üçün istifadə edilə bilir. Qalan fruktoza və qlükoza insulini artıraraq piyə çevrilir. Odur ki, arıqlamaq istəyənlər meyvəni qidada məhdudlaşdırır və daha çox tərəvəzə üstünlük verir”.

Sehiyye.info xəbər verir ki, bu sözləri məşhur həkim, anestezioloq reanimatoloq Şahin Məmmədov deyib. O, sözlərinə belə davam edib:

“Meyvədə həm vitaminlər, həm elektrolidlər, həm çox lazımlı minerallar, həm də çoxlu lif var. Düzdür, bunlar tərəvəzdə də var, amma onlar meyvə kimi ləzzətli deyil. Mən hətta arıqlamaq istəyənlərə belə meyvə yeməyi şiddətlə tövsiyə edirəm.

Arıqlamaq istəyənlər hətta şiriniyyat da yeyə bilər. Yeməkdən dərhal sonra yeyilən şirniyyat və meyvənin çəkiyə ciddi mənfi təsiri olmaz. Həddini aşmamaq şərtilə hətta tort yeyə bilərsiniz. Yalnız 2 şərt var.

1. Siz hər gün fiziki aktivlik etməlisiniz.

2. Gündə 2 ya 3 dəfə yemək yeyirsiniz və aralarında qətiyyən qəlyanaltılar olmaz. Su və acı qəhvə olar.

Ümumiyyətlə, gözəl bədən quruluşuna sahib olmaq istəyirsinizsə, tək pəhriz gözəl effekt verməz. Çalışın ki, hərəkəti, aktivliyi artırın. Çoxu deyir ki, qarın əzələsi zalda yox, mətbəxdə yığılır. Məncə, mətbəxin rolunu bir az qabardıblar. Əsas idmandır”.Publika.az



REKLAM