sehiyye.info

Keçəlləşmənin daha bir səbəbi bilindi.

Keçəlləşmənin daha bir səbəbi bilindi.
Normadan artıq işləyən adamlar nəinki stress keçirir,onlarda hətta saç tökülməsi də baş verir.Bu fikirə, Cənubi Koreya alimləri gəliblər.
Sehiyye.info xarici mətbuata istinadla xəbər verir ki,eksperimentlərdə 3 qrupdan ibarət olan,20-59 yaşlarında, 13.5 min kişi iştirak edib.Birinci qrup həftədə 40 saat,ikinci qrup,45-50 saat,üçüncü qrup isə 52 saat işləyib.Bundan əlavə alimlər onların həyat şəraiti və məişət problemlərini öyrəniblər.Məlum olub ki,52 saat və daha çox işləyənlərin saçları digərləri ilə müqayisədə daha çox tökülür.Çox enerji sərf etməklə işləyənlərin baş dərisində hormonal dəyişikliklər baş verir və saçlar tökülür.
Stress və immunitet azlığı saçların çıxmasına da mane olur.Ona görə də iş rejiminə diqqət yetirmək lazımdır.Həddindən artıq işləməmək və stressdən uzaq olmaq lazımdır.



REKLAM