İnsanın yerişindən yuxu rejimini anlamaq mümkün imiş - MARAQLI KƏŞF
Çin Elmlər Akademiyasında aparılan bir araştırma zamanı məlum olub ki, insanların yerişlərindən onların nə qədər yaxşı yata bildiklərini müəyyən etmək olar.
Sehiyye.info xəbər verir ki, araşdırmanın məqaləsi onlayn elm dərgiai olan "PLOS One"da yayımlanıb.
Psixologiya İnsititundan Zhu Tinqşao maşın öyrənmə alqoritmasl və bir video oyun periferikin yardımı ilə yuxunun yerişə olan təsirini müəyyən etmək üçün bir üsul yaratdıqlarını deyib.
Zhu və komandası yuxusuz qalan insanların baş və çiyinlərindən başqa, omba və ayaqlarının da yuxusuzluğdan xəbər verdiyini aşkara çıxarıblar. Araşdırmaçılar yaratdıqları metodun böyük bir sağlıq problemi olan yuxusuzluğun ölçülməsində effektiv olacağını iddia edirlər.
Bundan əvvəlki araşdırmalar yuxusuzluğun yerimə sürətinə olan təsirini üzə çıxarmışdı. Lakin alimlər praktikada istifadə etmək üçün bunun yetərli olmadığını qeyd ediblər.
Bu araşdırmaya 50-dən çox tələbə qatılıb və onlar kamera önündə yerimədən əvvəl yuxu keyfiyyətinə dair anketi cavablayıblar. Professor Hup Yonquan bu texnologiyanın faydalı bir cihaz olacağını düşündüyünü deyib.
Qeyd edək ki, insan yerişinə dair aparılan bu araşdırma ilk deyil. Başqa araşdırmaçılar da insan yerişinin xaraktür analizi və hiss təsbitindəki rolunu müəyyən etməyə çalışırlar.Metbuat.az