sehiyye.info

Kişilər üçün ziyanlı olan məhsullar - ARAŞDIRMA

Kişilər üçün ziyanlı olan məhsullar - ARAŞDIRMA
Alimlər yağlı qidanın kişilərin beyninə fərqli təsir göstərdiyini aşkar ediblər.

Sehiyye.info xəbər veri ki, Texas Universiteti nəzdində Cənub-Şərqi Tibb Mərkəzinin bioloqları gəmiricilər üzərində sınaq keçiriblər. Məlum olub ki, müntəzəm olaraq tez hazırlanan qida məhsulları ilə qidalanan erkək gəmiricilərdə beyinin iltihabı inkişaf etdiyi halda, dişi gəmiriciləri belə bir aqibətdən estrogen hormonu qoruyub.

16 həftə sürən kalorili yağlı yeməklərdən sonra təcrübə altında olan erkək gəmiricilərdə beyin iltihabı inkişaf etməyə başlayıb. Maraqlıdır ki, hətta bu qədər müddət ziyanlı yeməklərdən sonra dişilərin hipotalamusu təmiz qalıb.

Bundan əlavə, təcrübə altında olan gəmiricilərin vəziyyətinin sonrakı analizi göstərib ki, dişilərlə müqayisədə erkəklər qlükozaya davamsızlıq və ürək funksiyalarının pozulması əlamətlərini daha çox nümayiş etdiriblər. Alimlər müəyyən ediblər ki, dişiləri fastfudun mənfi təsirindən estrogen hormonunun erkəklərdə təsadüf edilməyən tipi qoruyub.

Qeyd edək ki, alimlər bu son dərəcə qəribə fenomenin səbəblərindən baş çıxarmaq üçün əlavə araşdırmalar aparmağı planlaşdırır.Publika.az



REKLAM