sehiyye.info

Telefon və kompüterlər insan dərisini yaşlandırır

Telefon və kompüterlər insan dərisini yaşlandırır
İngiltərənin Surreya qraflığının 29 yaşlı sakini Byanka Nayt kosmetoloji şirkətdə işə başladıqdan sonra orada olan bəzi testlərdən keçib. Nəticə qızı şoka salıb.

Üzündə qırışların artdığını hiss edən qadının dərisini vaxtından əvvəl yaşlandıran telefon və kompüter şüaları olub.



Test insan dərisinə yalnız ultrabənövşəyi yox, həm də göy işıqların mənfi təsir göstərdiyini üzə çıxarıb. Hətta kosmetoloji mərkəzin araşdırmasına görə, kompüter və telefon işıqları ultrabənövşəyi şüalardan daha zərərlidir və daha dərinə nüfuz edir.

Byanka Nayt bunun ardından evdə belə şüalara qarşı krem istifadə etməyə başlayıb. Daha sonra təkrar analizə girən qadın müsbət nəticələr əldə edib.

Həkimlər bütün kompüter və telefon istifadəçilərinə təkidlə qoruyucu kremlərdən istifadə etməyi məsləhət görür.(oxu.az)



REKLAM