Sadə tərkibli sous döş xərçənginə tutulma riskini azaldırmış
Araşdırmalar 2008-ci ildən 2014-cü ilədək aparılıb və 346 xəstəni əhatə edib. Onlardan 314 qadın döş xərçəngindən əziyyət çəkirmiş
Puerto-Riko və ABŞ-ın Buffalo universitetlərinin alimləri soğanla sarımsağın döş xərçənginə tutulma riskini azaltdığını aşkar ediblər.
Sehiyye.info bildirir ki, araşdırmanın nəticələri Nutrition and Cancer jurnalında dərc olunub.
Epidemiologiya elmləri namizədi, araşdırmanın aparıcı həkimi Qauri Desai yazır ki, Puerto-Rikoda yaşayan qadınlar sofrito sousunu çox sevirlər. Bu qadınlarda döş xərçənginin yaranma riski 67 faiz azalıb. Sofritonun əsas inqrediyentləri isə soğanla sarımsaqdır.
Alimlər bildirirlər ki, soğanla sarımsaq flavonoidlər və kükürd-orqanik birləşmələrlə zəngindir. "Bu birləşmələr insan və üzərində sınaq keçirilən heyvan orqanizmlərində antikanserogen xüsusiyyətlərini büruzə verirlər", - Buffalo Universitetinin Ətraf mühitin gigiyenası və epidemiologiyası üzrə dosenti Lina Mu yazır.
Araşdırmalar 2008-ci ildən 2014-cü ilədək aparılıb və 346 xəstəni əhatə edib. Onlardan 314 qadın döş xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, sofrito sousunun tərkibinə soğan və sarımsaqla yanaşı, pomidor, bibər və bitki yağı da daxildir. Öncə bütün ərzaqlar xırda doğranır, sıra ilə yağda soğan, bibər, sarımsaq və pomidor qovrulur, duz-istiot vurularaq 15-20 dəqiqə vam odda bişirilir. Onu blenderdən keçirib krem halına da salmaq olar.