sehiyye.info

Cütlüklər niyə boşanır? – Kişi puluna güvənib aldadır, qadın uşağı göstərməməklə hədələyir

Cütlüklər niyə boşanır? – Kişi puluna güvənib aldadır, qadın uşağı göstərməməklə hədələyir
2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb. Boşananlar arasında 1932 cütlüyün nikahı 20 il və daha çox davam edib.

Sehiyye.info xəbər verir ki,Vəkil Şəfiqə Nağıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, tək 20 il deyil, 30 ildən sonra boşananlar da çoxdur:

“Hazırda ölkəmizdə boşanmaların sayı artıb. Bunun qarşısını almaq lazımdır. Hazırda boşanmalar daha çox xəyanətlə bağlıdır. Mənə gələn müraciətlərdə qadınların xəyanəti üstünlük təşkil edir. Bütün yaş qruplarında olan qadınlar kişilərə xəyanət edir. Kişi heç ağlına belə gətirə bilmir ki, qadın ona xəyanət edir. Evdə oturan qadınlar belə başqaları ilə gəzir.

Boşanmalar daha çox telefon, sosial şəbəkələr və orada qoyulan qeyri-etik şəkillərlə bağlıdır. Qadınlar öz səhifələrinə birabırçı şəkildə elə şəkillər qoyurlar ki, mən qadın olaraq utanıram. Mənə müraciət edənlərin çox qismi boşanmalarla bağlıdır.

Məsələn, 20 nəfərdən 15-i boşanma ilə bağlı müraciət edir. Kişilərin xəyanətə uğraması halları üstündür. Deyilənin doğru olub-olmadığını müəyyənləşdirmək üçün telefona baxanda, həqiqətən, qadınların başqa kişilərlə mesajlaşdığının və pis-pis şəkillər göndərdiyinin şahidi oluram. Məhkəmədə haqlı olaraq uşaqları anaların əlindən alıb atalara verir.

Ümumiyyətlə, qadınların sosial şəbəkələrdə biabırçı şəkillər paylaşması və kişi tapmaq üçün nələrsə yazmaları artıb. Mən də kişilərin yerinə olsam, onları bağışlamaram.

Eyni zamanda, bəzi kişilərin imkanı olduğu üçün həyat yoldaşına xəyanət edir. Evli ola-ola başqa birini saxlayır. Məsələn, 60 yaşında kişi arvadına aldadaraq başqa qadın saxlayır. Nəticədə də ailə dağılıb. Ciddi səbəb olmadan, müəyyən narazılıqlar və valideynlərin müdaxiləsi nəticəsində də ailələrin dağıldığının şahidi oluruq”.

Şəfiqə Nağıyeva onu da əlavə edib ki, ailələr dağılanda ən çox uşaqlar əziyyət çəkir:

“Ana boşananda uşağı ataya göstərmir. Kişiyə pul verdikdən sonra uşağı görə biləcəyini deyir. Həmçinin, bəzi qadınlar alimentdən əziyyət çəkir. Alimentlərin verilməsi üçün fond yaradılmalıdır.

Çünki qaçıb gizlənən, alimenti verməkdən yayınan kişilər çoxdur. Fond alimentlərin verilməsində mühüm rol oynayacaq. Heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək”.



REKLAM