sehiyye.info

Məşhur həkim: “Apteklərdə satılan vitamin kompleksləri pul tələsidir”

Məşhur həkim: “Apteklərdə satılan vitamin kompleksləri pul tələsidir”
Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov hesab edir ki, qripdən tez sağalmaq üçün çoxlu çay və su içmək lazımdır.

Sehiyye.info xəbər verir ki, açıqlamaları ilə diqqət çəkən məşhur həkim vitamin komplekslərini pul tələsi adlandırıb:

“Qrip olanda bəziləri qəsdən su içmir ki, burun axması dayansın. Düşünür ki, susuz olanda dil necə quruyursa, burun da quruyacaq. Amma əksinə olacaq, dehidratasiya zamanı burun selikli qişası şişir, ifrazat artır, burun tutulur. Burun axmasının bir nömrəli düşməsi çoxlu çay və su içməkdir.Qrip olanda vitamin, sistem qoşmaq və s. kimi vasitələr ehtiyac görmürəm. Yalnız bol çay için, sulu yeməklər yeyin. Apteklərdə satılan 40-50 manatlıq vitamin kompleksləri pul tələsidir. Heç bir ehtiyac yoxdur. Təmiz balın öskürək əleyhinə, toyuq bulyonun isə qrip əleyhinə təsiri sübuta yetirilib”.

Həkim daha sonra əlavə edib ki, idman və sauna immuniteti gücləndirir:

"İdman edərkən bədən temperaturu yüksəlir, orqanizm elə bilir ki, bədənə infeksiya düşüb. Tez immun hüceyrələri səfərbər edir. Sauna da eyni prinsiplə immuniteti gücləndirir. Lakin saunaya qrip halda getmək olmaz. Daha güclü su itkisinə səbəb olar. Sauna və idmanı xəstələnəndə təxirə salın”.
Publika.az



REKLAM