Nənə və baba yanında böyüyən uşaqlar həm ağıllı,həm də tərbiyəli olur.
Sehiyye.info xarici mətbuata istinadən bildirirki,Nənə və baba yanında böyüyən uşaq həm ağıllı,həm də tərbiyəli olur.Bunu elm də sübut edir.
Nənə və babanın nəvələrə sevgi.qayğı və dəstəyi nəticəsində uşaqlar çox fərqli tərbiyə alır.Onların təhsilinə və tərbiyəsinə müsbət təsir göstərən amil uşaqların depressiyadan uzaq olmasıdır.Belə ki,ABŞ Boston Universitetinin alimləri 19 illik təcrübəyə əsasən 374 nənə və baba,356 nəvə arasında müşahidələr aparmışlar.Məlum olub ki,ata,ana yanında böyüyən uşaqlardan fərqli olaraq bu uşaqların əsəbləri çox sakitdir.Bundan başqa onlar özünü idarə etməyi çox yaxşı bacarırlar. Oksford Universiteti alimləri isə 1500 uşaq üzərində müşahidələrə görə ,nənə və baba yanındakı uşaqlarda problemləri müstəqil həll edir,stress və depressiyadan uzaq olur və öz üzərində işləyərək nailiyyətlər əldə etməyə qadirdirlər.