Portuqaliya alimləri şişlərin anatomo-topoqrafik xəritələnməsi üzrə layihələrə Avropa qrantları alıblar
Portuqaliyanın iki alimi nanotexnologiyalardan istifadə olunmaqla şişlərin anatomo-topoqrafik xəritələnməsi üzrə layihələr üçün Avropa Tədqiqat Şurasından təqribən üç milyon avro alıblar.
Sehiyye.info xəbər verir ki, alimlərin sözlərinə görə, layihədə əsas diqqət süd vəzinin xərçənginə yönəldilib və nanomateriallardan bir-birindən fərqlənən xərçəng hüceyrələrinin içərisinə daxil olaraq daha effektli müalicəyə imkan verən “ştrix-kod”un köməyi ilə onları eyniləşdirmək üçün istifadə olunur. Alimlər artıq on ildir ki, xərçəng xəstəliyində nanotexnologiyalar tətbiq edirlər. Bununla belə, “vektor materialının hissəcikləri” şiş hüceyrələrinin genetik dəyişikliyi və ya dərman qəbulu üçün istifadə edilir.
Yeni üsul daha effektli müalicə üzrə “ştrix-kod”u yaradaraq şişin hər bir hüceyrəsini onların rənglərinə görə eyniləşdirməkdən ötrü əhatə etmək niyyətindədir.
Beşillik layihə əvvəlcə siçanlar üzərində sınaqdan keçiriləcək, daha sonra insan toxumasının nümunələrindən istifadə olunacaq.