Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu xərçəngi yaradan başlıca amilləri sadalayıb
Siqaret, alkoqol və insan papilloması virusu xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləridir.
Sehiyye.info xəbər verir ki, xərçəng yaradan bu amilləri Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin jurnalistlərlə söhbətində sadalayıb. O qeyd edib ki, xəstəliyin yaranmasına 15 faiz insanın genotipi səbəb olur, qalan amillər isə həyat tərzi ilə bağlıdır.
Baş onkoloq xəstəliyin kimyəvi vasitələrin, məsələn, boyaların təsirindən də yarana biləcəyini istisna etməyib.(Azərtac)