sehiyye.info

Səhər özünüzü heç yatmamış kimi hiss edirsinizsə, bunları edin

Səhər özünüzü heç yatmamış kimi hiss edirsinizsə, bunları edin
"Fibromialgiya - gecələri kifayət qədər yatmanıza baxmayaraq səhər qalxdığınız zaman özünüzü heç yatmamış kimi hiss etdirən yumşaq toxuma revmatizmasıdır. Əzələlərdə geniş yayılmış ağrı və həssaslıq, həddindən artıq yorğunluq, halsızlıq və səhər tutulmaları ilə müşayiət olunur".

Sehiyye.info xəbər verir ki, bu sözləri fleboloq cərrah İsmayıl Əsgərov deyib. O bildirib ki, bu, əhalinin 2-4%-də, daha çox 30-60 yaş qadınlarda görünür:

"Diaqnoz qoymaq üçün xüsusi qan testi olmasa da, lazım gələrsə, həkiminiz-revmatoloq müəyyən analizlər istəyə bilər. Müalicədə psixoloji dəstək, bəzən dərmanlar və fizioterapevtik seanslar da lazım gələ bilər. Tədqiqatlar göstərir ki, çiçək hazırlanması, becərdilməsi kurslarına qatılmaq həm ağrıların azaldılmasına, həm də psixatrik simptomların yaxşılaşmasına təsir göstərir. Əslində burada effektivlik, çiçəkdə deyil, işsizlikdən, bekarçılıqdan, məşğuliyyətsizlikdən irəli gəlir. Həm psixoloji, həm fiziki işlə məşğul olduqda əməyin məhsuldarlığı artır. Hərəkətsizlik və psixoloji gərginlik və ya həddən artıq fiziki yüklənmə, hər iki halda xroniki yorğunluq sindromuna səbəb olur. Odur ki, telefondan tam kənarlaşıb, günəşli, sərin havada aktiv gəzmək, dincəlmək arzusu ilə xoş istirahətlər".Publika.az



REKLAM