sehiyye.info

İnsan üzlü hörümçək görənləri şok etdi – İNANILMAZ FOTOLAR

İnsan üzlü hörümçək görənləri şok etdi – İNANILMAZ FOTOLAR
Türkiyənin Mersin və Adana şəhərlərində görülən insan üzlü hörümçək bu dəfə də Osmaniyedə ortaya çıxıb.

Türkiyə media xəbərlərinə görə, Osmaniyedə yaşayan Ahmet Tan adlı adam evinin həyətində insan üzünü xatırladan hörümçəklə qarşılaşıb.

Latınca adı “thomisus onustus” olan xərçəng-hörümçəklə bağlı internetdə araşdırma edən adam hörümçəyin Türkiyədə nadir görünən bir növ olduğunu öyrənib. Ahmet Tan hörümçəyi şüşə qaba qoyaraq qoruma altına alıb və ona zərər vermədən təbiətə buraxacağını bildirib.(metbuat.az)



REKLAM