Turan Klinikasının həkimi İlham Məmmədovun biabırçı reklamı və ictimai qınaq.
Sözü gedən reklam çarxı respublikada biabırçılığı ilə yadda qaldı.Son zamanlar lütlənən qızların daha tez populyarlaşması və el arasında baxış sayının yüzminlərlə olacağını nəzərə alaraq bəziləri effektli reklam adı ilə həkimləri tora salır.Bu kimi reklamlardan biri də bu günlərdə sosial şəbəkələrdə yayımlanmış qadının aşağı ətraflarının doppleri ilə İlham Məmmədovun reklamıdır.İlham Məmmədov cərrah fleboloq olaraq İnnovativ Dmar və Podiatriya Mərkəzinin həkimidir.Əslində yüzmin izləyici üçün hesablanmış bu reklam əks effekt göstərdi,həkimi biabır etdi.Bir zamanlar plastik cərrahlardan biri də, sosial şəbəkələrdə popa əməliyyatı,döş böyütmə və s.ilə şəkillər yerləşdirirdi.
Bu yaxınlarda əməliyyat zamanı onun pasienti öldüyündən bütün şəkilləri sildi.Həkimlərin bəzilərinin səviyyəsiz hərəkəti,digər həkimləri də gözdən salır.Müxtəlif sahələrin həkimləri bundan əziyyət çəkir.
Sehiyye.info olaraq bildiyimiz məlumatlara görə,müxtəlif regionlarda hətta indi həkimlərə qarşə zor da tətbiq edilir,həkimlər döyülür,söyülür.Axı, həkimlik müqəddəs peşədir.Onların xalq arasında nüfuzu olmalıdır.Ona görə də,hər bir addımda diqqətli olmaq lazımdır.İnsanlar çox həssasdırlar,xüsusən də,xəstəsi olanlar.Bütün hallarda həkim səhvi,bütün həkimlərə qarşı yönəlir.
Onu da qeyd etmək lazımdır ki,yeganə peşə sahibidirlər ki,peşə borcunu layiqincə yerinə yetirəcəklərinə and içirlər.