Arı sancanda müqtləq bunalrı edin
Yaz, yay aylarında arı sancmalarına tez-tez rast gəlinir. Arı sancması zamanı hansı tədbirləri görmək lazımdır?
Həkimlər hesab edir ki, arı sancan kimi həmin bölgəyə buz qoyulmalıdır. Buz həm ağrını aradan qaldırır, həm də şişmənin qarşısını alır. Ağırlaşmalar baş verəndə isə təcili həkimə müraciət etmək tövsiyə olunur.
Xalq təbabətində isə arı sancması ilə bağlı müxtəlif tədbirlər görülür. Arı sancandan sonra ev şəraitində atılması vacib olan ilk addım arının iynəsini çıxarıb, infeksiyanın qarşısını almaq üçün həmin yeri sabunla yumaq olmalıdır. Bundan sonra az miqdarda çay sodası, sirkə və suyu qarışdırıb arı sancan yerə vururlar. Yarım saat sonra bu qarışım arı zəhərini təsirsiz hala gətirir və ağrı hissini aradan qaldırır.
Bundan başqa, 1-2 diş sarımsağı əzib, suyunu arı sancan yerə vurmaq, üzərini nəm əski ilə ötüb, 20-30 dəqiqə gözləmək, əskini götürəndə sonra zədəli yeri su ilə yumaq tövsiyə olunur. Bunun da yaxşı effektinin olduğu bildirilir.
Soğanı suyunun da eyni təsirə malik olması haqda fikirlər var. Soğanı kəsib arı sancan yerə qoyanda ağrı və yanma hissi tez bir zamanda aradan qalxır.
Bundan başqa, diş məcunu da arı sancması zamanı tətbiq oluna bilər. Diş məcununu arı sancan yerə qoyub yarım saata kimi gözləmək lazımdır. Bu, ağrı və şişmənin qarşısını ala bilər.
Bütün bunlara baxmayaraq, qeyd olunur ki, arı sancmasına qarşı allergik reaksiya varsa, mütləq təcili yardıma müraciət olunmalıdır.
e-tibb.az