sehiyye.info

Qaynar çay içməyin fəsadları

Qaynar çay içməyin fəsadları
Çinli alimlərin gəldiyi nəticə Annals of Internal Medicine jurnalında dərc olunub.

Tibb işçiləri 9 il ərzində 30-79 yaş arası 456 min insanın səhhətinə və qida-qəbulu vərdişini izləyiblər. Bu müddət ərzində onlarda 1731 qida borusu xərçəngi aşkarlanıb.

Alimlər müəyyən ediblər ki, belə onkologiya qaynar çaydan əlavə mütəmadi azı 15 qram içki içənlərdə 5 dəfə, siqaret çəkənlərdə isə 2 dəfə artıq görünüb.

Araşdırma müəllifləri hesab edir ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər daxili orqanlara termik travmalar vurur, bu da onkoloji xəstəliklər rsiqini artırır. Buna görə, onlar qaynar çay içənlərə, xüsusən də eyni anda içki və ya siqaret çəkilirsə, xəbərdarlıq ediblər.

Qeyd edək ki, bundan əvvəl alkoqol istifadəsinin bağırsaq, süd vəzi, qida borusu, qırtlaq, qaraciyər, ağız boşluğu və udlaq xərçəngi risqini artırdığı barədə ÜST hesabat yaymışdı.



REKLAM