Yeni sığorta növləri yaradılır: Həkimlərin peşə məsuliyyəti sığortalanacaq
Azərbaycanda yeni icbari sığota növlərinin yaradılması gözlənilir.
Sehiyye.info xəbər verir ki, bu məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta nəzarəti departamentinin direktoru Firdovsi Ağaşirinov açıqlayıb.
O, qeyd edib ki, hazırda sığorta sektorunun inkişafı istiqamətində bir çox addımların atılması gözlənilir. Onlardan biri də yeni icbari sığorta növlərinin yaradılmasıdır.
Yeni icbari sığorta növləri kimi həkimlərin peşə məsuliyyətinin sığortalanması və tikinti-inşaat işləri aparan şirkətlərin məsuliyyətinin sığortalanmasıdır.
Qeyd edək ki, həkim səhvlərinin və bu səbəbdən bədbəxt hadisələrin olması nəzərə alınaraq, həkimlərin peşə məsuliyyətinin sığortalanması xüsusi əhəmiyyət kəsb edir.(Musavat.com)