Həkim-fitoterapevt Milli Mətbuat Günü münasibətilə jurnalistləri pulsuz müayinə edəcək
22 iyul - Milli Mətbuat Günü münasibətilə təbii üsullarla şəfa ocağı olan Yasamal rayonundakı “Apifitoterapiya” mərkəzində həkim-fitoterapevt Elnur Eldaroğlu jurnalistlərin ödənişsiz ilkin terapevtik müayinəsini aparacaq.
Sehiyye/info AZƏRTAC-a istinadən xəbər verir ki, müayinə olunmaq üçün qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilərlər.
Xeyriyyə tədbiri iyulun 24-dən 26-dək keçiriləcək.