sehiyye.info

Zaqatalada qanvermə aksiyası keçirilib (FOTO)

Zaqatalada qanvermə aksiyası keçirilib (FOTO)
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.
Zaqatalada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib.

Ümumilikdə 171 donor qan verib.
Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyada iştirak edən hər bir şəxsə minnətdarlığımız bildiririk!

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



REKLAM