sehiyye.info

İstivurmanı necə tanımalı, müalicə etməli və qarşısını almalı

İstivurmanı necə tanımalı, müalicə etməli və qarşısını almalı
Sehiyye.ibfo “MedikForum”a istinadla istivurmanın əlamətləri, müalicəsi və ondan qorunmağın yolları barədə məlumat verir.

İstivurma orqanizmdə mübadilə proseslərinin pozulmasına və ürək-damar problemlərinin yaranmasına səbəb olur. Məsələn, istivurma zamanı ürək qısılmaları sürətlənir, qan damarları sıxılır və nəticədə ürək, baş-beyin və böyrəklərin funksiyaları pozulur.

İstivurmada baş-beyin hüceyrələrinin fəallaşması nəticəsində onun fəaliyyəti pozulur. Fəal surətdə anticisimlər əmələ gəlməyə başlayır, hüceyrə funksiyaları pozulur, bədən vacib siqnallara artıq reaksiya vermir.

Başqa sözlə desək, insan ətrafında nələr baş verdiyini anlamaq iqtidarında olmur. Hərəkətlərinə, sözlərinə və fikirlərinə nəzarət etmək çətinləşir. O, cəmi bir neçə dəqiqə əvvəl olanları xatırlamaqda əziyyət çəkir, nə etdiyini başa düşmür. Məhz buna görə də istivurma əlamətləri müşahidə olunan insanı tək qoymaq olmaz.

İstivurmanın müalicəsinə dərhal başlanmalıdır. Əks halda baş-beyində labüd dəyişikliklər baş verir, daxili orqanların funksiyaları pozulur.

İstivurmanın iki növü var: onun passiv formasında maye çatışmazlığı müşahidə olunur, intensiv formasında istilikvermə prosesi pozulur.

İstivurmanın passiv formasının tam bir sıra əlamətləri var: yüngül başgicəllənmə, ürəkbulanma, ürəkdöyünmənin pozulması, təngnəfəslik. Bu zaman dərinin rəngi dəyişmir və bədənin temperaturu olduğu kimi qalır.

İstivurmanın orta dərəcəsinin əlamətləri başqadır. Bu zaman güclü başağrısı, gözlərin qaralması, tərləmə, hərarətin 40 dərəcəyə qədər yüksəlməsi, burundan qan açılması, suallara qeyri-müəyyən cavab verilməməsi, taxikardiya və ürəkgetmə kimi əlamətlər müşahidə olunur.

İstivurmanın ağır forması müvazinəti və eşitmə qabiliyyətini itirmə, şüurun dumanlanması, ürəkgetmə, qıcolma, yüngül hallüsinasiyalar, dərinin qızarması, ürəkdöyünmənin və təngnəfəsliyin sürətlənməsi, hərarətin 41-42 dərəcəyə qədər yüksəlməsi, bədənin susuzlaşması və hətta koma kimi hallarla müşayiət olunur.

İstivurma zamanı nə etməli? İlk növbədə xəstəyə rahat şərait yaradılmalıdır. Zərərçəkən kölgəlikdə yerdə yerləşdirilməlidir. Çoxları düşünür ki, istivurmaya məruz qalmış insan uzanmalıdır. Amma bu, belə deyil. Axı uzanan zaman beyinə qan axması güclənir və bu da yalnız xəstəyə ziyan vura bilər.

Xəstənin tənəffüsünü asanlaşdırmaq üçün onun yaxası açılmalı, ona bol su içirdilməli, dirsəklərinə və dizlərinin altına soyuq yaş dəsmallar qoyulmalıdır. Bu prosedur bədənin hərarətinin azaldılmasını sürətləndirir.

İstivurmadan əziyyət çəkən adama sərin su, limonlu yaşıl çay, yaxud da bədənin susuzlaşmasının qarşısını almağa kömək edən istənilən başqa içki verilməli, alnına soyuq kompres qoyulmalıdır.

İstivumanın orta və ağır formasında təcili yardım çağırılmalıdır. Adətən istivurmadan sonra orqanizm iki-üç gün ərzində bərpa olunur. Güclü susuzlaşma ilə müşayiət olunan ağır formanın müalicəsinə daha uzun müddət tələb oluna bilər.

İstivurmaya daha çox ahıllar, uşaqlar və idmançılar məruz qalırlar.

İstivurmanın profilaktikası. İsti yay günlərində istivurmaya məruz qalmamaq üçün təhlükəsizlik tədbirləri görmək, məsələn, təbii materiallardan açıq rəngli paltarlar geyinmək, müntəzəm su içmək, başı örtmək, günün ən qızmar çağında kölgəlik yerlərdə olmaq, yağlı yeməklərdən, alkoqollu içkilərdən imtina etmək, boğanaq yerlərdən qaçmaq, qoruyucu eynək və kremlərdən istifadə etmək, fiziki fəallığı azaltmaq lazımdır.



REKLAM