"İsa Peyğəmbəri Cənnətin qapısında gördüm” - Kliniki ölüm keçirən qadın
"Hər şey çox real və rəngarəng idi. Mən sonra bir fiqur gördüm və bu İsa Peyğəmbər idi! O, qara qapıların qarşısında dayanmışdı, arxasında isə parlaq sarı işıq var idi".
Tədqiqatçıların fikrinə görə, kliniki ölüm keçirən insanlar o vaxt ərzində nə baş verdiyini xatırlamırlar. Amma onların bəziləri bəzi qeyri-adi vizual və sensor "ölümöncəsi həyəcan" yaşayırlar. Həkimlərin fikrinə görə isə, ürək dayandıqdan sonra beyin qanla qidalanmır və problem yaranır. Amma bəzi şeyləri bio kimyəvi proseslərlə izah etmək mümkün deyil. 2013-cü ildə Miçiqan universitetinin alimləri siçanlar üzərində təcrübə aparıblar. Alimlər ürəyi dayandırıblar, sonra isə beyinin aktivliyini müşahidə ediblər. Məlum olub ki, ölümdən əvvəl siçanların beynində kəskin aktivlik hiss edilib. Bu aktivlik isə beyinin adi iş vaxtındakı aktivlikdən dəfələrlə çoxdur.
Başqa sözlə, ölümün ilk dəqiqələrində bədən ölsə də, beyin qəflətən aktivlik nümayiş etdirir və çox mürəkkəb düşüncə fəaliyyəti başlayır. Alimlər ehtimal edirlər ki, bu aktivlik kliniki ölüm keçirən insanlarda da baş verir. Amma hələlik elmi olaraq bu, təsdiqlənməyib.