sehiyye.info

Azərbaycanda yüksək vəzifədə çalışan xanımlar - Onların sayı nə qədərdir?

Azərbaycanda yüksək vəzifədə çalışan xanımlar - Onların sayı nə qədərdir?
Azərbaycanda yüksək vəzifələrdə çalışan qadınların sayı açıqlanıb.

Sehiyye.info xəbər verir ki, Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” adlı beynəlxalq konfransda çıxış edən parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, qadınların həm dövlət, həm özəl sektor, həm bələdiyyə, həm də ali qanunverici orqanda xüsusi çəkisi ildən-ilə artır.

O, ölkənin Birinci vitse-prezidentnin də xanım olduğunu xatırladıb:


“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Həmçinin dövlət komitələrindən birinin sədri, nazir müavinlərindən üçü qadındır. Bununla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkili qadındır. Milli Məclisin üzvlərindən 20-si qadın parlamentaridir, eyni zamanda, Milli Məclis sədrinin müavinlərindən biri xanımdır.

Bundan başqa, 85 rayon və şəhər üzrə icra başçılarının birinci müavinlərinin 74-ü xanımdır, o cümlədən, Abşeron rayon İcra Hakimiyyətinin başçısı qadındır”.

O əlavə edib ki, məhkəmə-hüquq sistemində, hakim korpusunda çalışanların 14 faizi qadınlardır.(Oxu.az)



REKLAM