“Fastfood”-un daha bir təhlükəsi üzə çıxdı
Fastfood”, eləcə də hamburger beyinin vaxtındanəvvəl qocalmağına gətirib çıxarır.
Sehiyye.info Oxu.Aza istinadən bildirir ki, blə bir qənaətə Avstraliya Milli Universitetlərinin alimləri gəliblər.
Mütəxəssislər mövzu ilə bağlı 200 işin təhlili nəticəsində müəyyən ediblər ki, “fastfood” insan orqanizminə öldürücü təsir edir.
“Biz aparılan araşdırmalar nəticəsində müəyyən etmişik ki, “fastfood”-dan uzunmüddətli istifadə və idmanla məşğul olmamaq diabetin ikinci tipinin yaranması və beyinin funksiyasının zəifləməsi riskini artırır”, - deyə tədqiqatda bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl alimlər uşaqlar üçün “fastfood”-un təhlükəli nəticələri barədə danışmşdılar. Ötən il isə Londonda nəqliyyatda “fastfood” reklamı qadağa olunmuşdu.