sehiyye.info

Beyin tütün və alkoqolu sevmir ...

Beyin tütün və alkoqolu sevmir ...
Beyin tütün və alkoqolu sevmir,ona şokolad,su,və bal lazımdır.
Sehiyye.info xarici mətbuata istinadən Rumıniyalı məşhur neyrocərrah,professor Vlad Siureanın fikirlərini sizə təqdim edir.
Vlad Siurea 50 ildən artıq təcrübəyə malik bir neyrocərrah olaraq 2300 dən artıq beyin əməliyyatı həyata keçirib.Xəstələrinin ən az yaşı olan 2 günlük körpə olub.Onun fikirlərinə görə,beyinə sağlam,yağsız,təmiz qida lazımdır.Səhər yeməyi yemədikdə beyinə ziyandır.Avtomobildə telefonla danışmaq,tütün qəbul etmək,spirtli içkilər və stresə düşmək beyinə əziyyət verir.
Beyin tütün və alkoqolu sevmir ...
Səhərlər tez durmaq,heç olmasa 5 dəqiqə idman etmək,2 stakan su içmək,təmiz hava qəbul etmək lazımdır.Bunlar orqnizmlə birlikdə beyni də normal fəaliyyətə gətirir.
Çox yatanlarda beyin də yatır,tənbəlləşir,informasiyanı başqalarından fərqli olaraq 1-2 saniyə gec qəbul edir,
Çox vaxt,yaxşı işləyən beyin gecələr də yatmır.İnsan yatarkən hansısa problemin həlli barədə düşünərək yatır,Səhər yuxudan duran kimi cavabı tapır.Bu onun beyninin gecə fəaliyyətdə olduğunu göstərir,-deyir professor.
Beyin yağlı və duzlu xoşlamır.Beyinin yaxşı işləməsi üçün balıq və hind toyuğu əti xeyirlidi.Qara şokolad və bal xeirlidir.
Beyinin ən yaxşı dostu isə -gülüşdür.Yaxşı əhval ruhiyyə,gülüş,dostların ailənin əhatəsində keçirilən xoş saatlar beyin üçün hədiyyədir.



REKLAM