Siqareti tərgitməyin 10 TƏBİİ YOLU
Hər il siqaretin törətdiyi xəstəliklərdən 5 miyon nəfər dünyasını dəyişir. Orta statistik hesablamalara görə, bu göstərici 2030-cu ildə 8 milyona çatacaq.
Sehiyye.info yeniavaz.az-a istinadən siqareti tərgitmək üçün 10 üsul təqdim edir:
1. Səbəbləri yazın
Siqareti tərgitmək üçün ən vacib şəxsi səbəblərinizi yazın. Şəxsi motivasiyanın siqareti tərgitmək üçün ən əhəmiyyətli faktor olduğunu unutmayın. Siqaret çəkmək istədiyiniz zamanların qeydini saxlayın. Beləliklə zəyif nötələrinizi araşdıra və bununla bağlı tədbirlər görə bilərsiniz.
2. Özünüzdə bir tarix qeyd edin
Siqareti tərgitmək üçün təqvimdən bir tarix qeyd edin və bu günü dəyişdirməyin.
3. Gözləntilərə hazırlıqlı olun
Bütün siqaret çəkənlər tərgitmə prosesində fərqli əlamətlər yaşayırlar. Nikotin yoxluğuna qarşı hiss edilən fiziki (gərginlik, sinir) kimi əlamətlər təxminən 2 həftə davam edir. Bu şikayətlər 3 aya qədər davam edə bilər.
4. İdmanla məşğul olun
Mütəmadi olaraq siqaret çəkdiyiniz vaxtları qeyd edin. Həmin boşluğu idman edərək doldurun. İdman beyində xoşbəxtlik hissi yaradan serotonini və dopamin hormonunu artırır. Bundan başqa, idman etmək insanın nikotin ehtiyacının da qarşısını alır.
5. Siqaret tərgitdiyinizi sevdiklərinizlə bölüşün
Siqareti tərgitmək istəyirsinizsə mütləq ailənizdən və dostlarınızdan dəstək alın. Araşdırma zamanı bu kimi dəstəklər psixoloji baxımdan müsbət təsir göstərir.
6. Meyvə -tərəvəz yemək
Aparılan araşdırmalar onu da göstərib ki "fast food" yerinə meyvə-tərəvəz yeyilməsi sağlamlığı qorumaqla yanaşı, siqaretin də tərgidilməsinə köməkçi olur.
7. Özünüzdən əmin olun
Siqareti tərgidən insanların bir çoxu dəfələrlə bu vərdişdən xilas olmaq üçün 4 dəfə siqareti tərgitmək istədiklərini, amma bacarmadıqlarını deyiblər. Ancaq onlar özlərinə güvənərək bunu bacarıblar. Buna görə siqareti tərgitmək istəyirsnizsə, ilk növbədə özünüzə inanın.
8. Yoqa ilə məşğul olun
Siqaret çəkən adamlar üçün siqaret çəkmək yüngüllük anlamına gəlir. Tədqiqatçılar bu yüngüllüyü yoqa ilə əvəzləməyin ən yaxşı vasitə olduğunu sübut ediblər. Çünki yoqa ruhu və beyni təmizləyir.
9. Siqareti unutduracaq alternativlərdən istifadə edin
Bu müddət ərzində saqqız, həb, ağız ya da burun yoluyla alınan sprey istifadə edin.
10. Psixoloqlardan dəstək alın
Siqareti tərgitmək üçün ideal vaxt 4-8 həftə müəyyən olunub. Bu müddət ərzində həkim və psixoloqlardan dəstək alın, tez-tez onlarla məsləhətləşin.